Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi keçid məntəqəsindən beş Gürcüstan vətəndaşını Tbilisi İnfeksiya Xəstəxanasına gətirdilər
Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi keçid məntəqəsindən beş Gürcüstan vətəndaşını Tbilisi İnfeksiya Xəstəxanasına gətirdilər

Gürcüstan-Azərbaycan sərhədinin Laqodexi keçid məntəqəsindən beş Gürcüstan vətəndaşını Tbilisi İnfeksiya Xəstəxanasına gətirdilər.

Xəstəxanaya gətirilən vətəndaşlarda yüksək temperatur müşahidə olunurdu.

Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin Kaxeti şöbəsinin rəhbəri Neli Xizanişvilinin bəyanatına görə, Kaxetidə karantin zonasına yerləşdirilənlərin sayı 130-a qədər artdı.

Yeni avia-reys ilə gətirilən vətəndaşlara görə, yeni bir karantin məkanə hazırlandı.

Kaxetidə öztəcriddə olanların sayı 198-dir. Neli Xizanişvilinin dediyinə görə, onların vəziyyətləri normaldır.

Qeyd edilməlidir ki, koronavirusla bağlı yaranan vəziyyətdən dolayı, yerli icra hakimiyyətinin, regionda yaşayan müsəlmanlarla razılaşması əsasında, Novruz Bayramı şənlikləri regionda təntənəli şəkildə keçirilməyəcək.