Kaxetidə 116 vətəndaşda "COVID-19" təsdiq olunmadı
Kaxetidə 116 vətəndaşda "COVID-19" təsdiq olunmadı

Kaxetidə 116 vətəndaşda “COVID-19” təsdiq olunmadı.

Xəstəliklərə Nəzarət Milli Mərkəzinin Kaxeti bölməsinin rəhbəri, Neli Xizanişvilinin məlumatına görə, bölgədən Luqar Mərkəzinə koronavirus üzrə 116 vətəndaşın analizi göndərilmişdi, cavablar mənfidir.

Bununla yanaşı, Neli Xizanişvilinin məlumatına görə, bu vaxt üçün Kaxetidə yerləşən beş karantin məkanında 176 vətəndaş qalmaqdadır.