Gürcüstan Almaniya, Fransa, Latviya, Litva və Estoniya üçün sərhədlərini açır
Gürcüstan Avropa İttifaqının bir neçə ölkələri üçün sərhədlərini açır.
Gürcüstanın baş nazirinin müşaviri İrakli Çikovaninin bəyanatına görə, bu ölkələr: Almaniya, Fransa, Latviya, Litva və Estoniyadır.
Bununla yanaşı, sadalanan beş ölkənin vətəndaşları Gürcüstana sadəcə birbaşa avia-reyslərlə gedib-gələ biləcəklər.
Gürcüstan sərhədini keçənə qədər, onlar anket doldurmalıdırlar və son 14 günün səyahət tarixini və yerini göstərməlidirlər.
Avropa İttifaqının qeyri-üzv və yaxud yüksək riskli ölkələrə səyahət siyahısı uzun olan şəxslər xüsusi testdən və yaxud karantin müddətini keçməlidirlər.
Sərhəddə xarici turistlər termo-skrininqdən keçəcəklər və 37 dərəcə temperaturun olduğu halda, PCR test yoxlanışından keçəcəklər.