Gürcüstanın Birinci Kanalı bugün yeni “Gürcüstan 360” adlı 360georgia.ge multimedia layihəsinin təqdimatını keçirdi.
Layihə maraqlanan şəxslərə ölkəmizin unikal qüşələrinə səyahət edib, Gürcüstanın bugünə qədər görmədiyi yerlərini görmək imkanını verir.
Layihənin məqsədi Gürcüstanı tanıtmaq, onun müxtəlif bölqələrinə məxsus mədəniyyətini tanıtmaq və populyarizasiyasıdır.
Bu mərhələdə layihə üçün 4 000-ə qədər 360 yüksək keyfiyyətli foto çəkilib.
Çəkilişlər regionlarda, intensiv şəkildə aparılır və veb-səhifə (360georgia.ge) daimi şəkildə, yeniləndiriləcək.
Layihənin müəllifi Vasil Mağlaperidzedir, foto-şəkillər isə, İrakli Gedenidzeyə aiddir.
Gürcüstanın Birinci Kanalının direktoru Tinatin Berdzenişvilinin bəyanatına görə, Birinci Kanalı milli folkloru, Gürcüstan tarixini, musiqisini, mədəniyyətini və etnoqrafiyasını təqdim edən bu layihəyi öz auditoriyasına, gürcü xalqına hədiyyə edir.
“Layihə inovasiyalıdır. Hər bir istifadəçi səyahət edəcəyi turu özü seçib, Gürcüstanda səyahət edə bilər. Düşünürəm ki, layihə xarici qonaqlar üçün də maraqlı olacaq, çünki onlar buraya gələn kimi, Gürcüstan haqqında bilgi alacaqlar. Layihə kiçik biznes üçün də maraqlı ola bilər. Onlara təmənnasız olaraq, veb-səhifəyə öz biznes-obyektlərini yerləşdirməyi təklif edəcəyik. Düşünürəm ki, layihə çox maraqlıdır və böyük perspektivi var” – dedi Birinci Kanalın baş direktoru Tinatin Berdzenişvili.
Layihənin ideya müəllifi Vasil Mağlaperidzenin bəyanatına görə. “Gürcüstan 360” layihəsi necə məktəb şagirdləri, eləcədə, öz ölkəsi ilə maraqlanan insanlar və turistlər üçün önəmlidir.
Onun dediyinə görə, “Gürcüstan 360” Gürcüstanın ən çətin gedilə biləcək yerlərini də görmək imkanını verir.
“Layihə maraq oyandırır ki, gedib o yerləri özün görəsən. Bununla yanşı, bu həmçini, tarixin saxlanmasıdır. Layihə bugün açıldı və düşünürəm ki, illərlə davam edəcək, yəni daimi olacaq. İndi istəyirik ki, layihəmizi hərkəs bəyənsin və hərkəsə lazımlı olsun” – dedi Vasil Mağlaperidze.








