"Gürcü marşının" nümayəndələri Davit Qareciyə gediblər

“Gürcü marşının” nümayəndələri Davit Qareciyə gediblər.

Partiyanın liderlərindən biri İrakli Şixiaşvili bəyan edir ki, onlar Gürcüstan əhalisinə dronla çəkib, Qarecidə mövcud olan vəziyyəti göstərmək istəyirlər.

“Gürcü marşı” və sərhədçilər arasında kiçik sözlü mübahisə  baş verdi.

Sərhəd departamentinin əməkdaşları onlara bildiriblər ki, qanunvericiliyə əsasən, dronla çəkmək sadəcə 500 metrlik məsafədən mümkündür.

“Biz yenə bir daha əmin olduq ki, Gürcüstan vətəndaşı Davit Qareci problemi ilə heç maraqlanmır. Sərhəd yenə biraz irəli çəkiləb. Bizim məlumatımıza görə, monastırın kelyalarında Azərbaycanlı sərhədçilər kazarma düzəldiblər. Yanlış çəkilən sərhəd xəttinə görə, qədim ərazimizə başqa bir ölkə sahiblənib. Biz bugündən etibarən Davit Qarecinin qaytarılması üçün yürüyüşə başlayacağıq” – dedi Sandro Breqadze.