1953-cü ildə ekranlara ilk gürcü bədii cizgi filmi çıxdı. Bu “arqonavtlar” idi – Vladimer Mucirinin, Lado Qudiaşvilinin və bəstəkar Şalva Azmaiparaşvilinin birgə işi. Ondan sonra gürcü animasiyası bir neçə uğura nail oldu, lakin bu 90-cı illərə qədər davam etdi. Bir neçə illik fasilədən sonra gürcü rejissorları xarici həmkarları ilə birlikdə uğurlu layihələrin yaradılmasına başladılar, lakin problemlər bu günədək qalmaqdadır. Maliyyələşdirmədən başqa nadir arxiv materiallarına əlyetərlilik də problemdir.