"Gürcü Arzusunun" seçki qərargahının rəhbəri İrakli Kobaxidze olacaq

Siyasi birləşmə “Gürcü Arzusu – Demokratik Gürcüstan”-ın mərkəzi ofisində iclas keçirildi.

Bu haqda məlumat partiyanın Facebook səhifəsində yayıldı.

Partiyanın sədri Bidzina İvanişvilinin iştirak etdiyi iclasda, partiyanın seçki qərargahının rəhbəri olaraq, İrakli Kobaxidze seçildi.

İrakli Kobaxidze seçki qərargahının seçki-qabağı kampaniyası haqqında öz mövqeyini təqdim etdi.

İclasda həmçinin, seçkilərlə bağlı məsələlər müzakirə olundu.