"Gürcü Arzusunun" liderləri Marneulidə su təminatı sisteminin inşaat prosesi ilə tanış oldular

Gürcüstanın baş naziri Giorgi Qaxaria, “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze, Parlamentin sədri Arçil Talakvadze və Marneuli və Qardabani majoritar deputat namizədi Zaur Darğallı, Marneulidə su təminatı sisteminin inşaat prosesi ilə tanış oldular.

“Gürcü Arzusu”-nun mətbuat xidmətinin məlumatına görə, Marneuli munisipalitetində aparılan su təminatı sisteminin inşaat prosesini Asya İnkişaf Bankı maliyyələşdirir.

İnşaat gələn il başa çatacaq, ancaq əhalinin yarısının payız aylarında yeni sistemə keçirilməsi planlaşdırılıb.

Layihə başa çatdıqdan sonra, Marneuli və həmçinin, munisipalitetin beş kəndi, –  yəni təqribən 31 700-ə qədər nəfər su ilə təmin ediləcək.