"Gürcü Arzusunun" liderləri Laqodexi munisipalitetinin Kartubani kəndində uşaq bağçasının inşaat prosesi ilə tanış oldular, hansı ki ilin sonuna qədər başa çatacaq
Gürcüstanın baş naziri Giorgi Qaxaria, “Gürcü Arzusunun” baş katibi Kaxa Kaladze, və “Gürcü Arzusunun” siyasi katibi İrakli Ğaribaşvili ilə bərabər, Telavi, Axmeta, Kvareli və Laqodexi seçki məntəqəsində, majoritar namizədi İrakli Kadagişviliyi təqdim etdikdən sonra, Laqodexi munisipalitetinin Kartubani Kəndində uşaq baxçasının inşaatı ilə tanış oldu.
Bu haqda məlumatı partiyanın mətbuat xidməti yayır.
Uşaq bağçası 50 uşaq üçün nəzərdə tutulub. İnşaat işlərini munisipal fond maliyyələşdirir.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, uşaq bağçaları Tela və Baisubani kəndlərində də tikiləck.
Cari ildə, həmçinin, Lçiauri və Çabukiani kəndlərində uşaq bağçalarının inşaatı planlaşdırılıb.