"Gürcü Arzusu" yeni baş nazir namizədini sabah təqdim edəcək
"Gürcü Arzusu" yeni baş nazir namizədini sabah təqdim edəcək

“Gürcü Arzusu” yeni baş nazir namizədini sabah təqdim edəcək, – bu barədə bəyanatı “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze keçirdiyi brifinqdə verdi.

“Ehtimala görə, siyasi şura sabah toplanacaq və yeni baş nazir namizədi təqdim ediləcək”, – dedi İrakli Kobaxidze.

Bugün Gürcüstanın baş naziri Giorgi Qaxaria istefa verdi.

İstefası barədə bəyanatı Giorgi Qaxaria bugün iqtidar administrasiyasında keçirdiyi fövqəladə brifinqdə verdi.

“Nika Melia heç bir zaman Gürcüstan qanunvericiliyinə hörmət etməyib. Bu adam iyunun 20-də, vətəndaşlarımızı parlamentə hücum etməyə çağırırdı, ancaq bütün bunlara baxmayaraq, mənim mövqeyim odur ki, konkret adama qarşı qanuni cəza tədbirinin həyata keçirilməsi ölkədə siyasi eskalyasiya üçün səbəb olacaqsa və vətəndaşlarımız üçün təhlükə yaradacaqsa, bunu etmək qeyri-məqbuldur. Mən bu məsələ ilə bağlı siyasi dəstəm ilə razılığa nail ola bilmədiyim üçün qərar verdim ki, vəzifəmdən istefa verim” – dedi Giorgi Qaxaria.