"Gürcü arzusu" ofisində parlament əksəriyyətinin iclası keçirilir
"Gürcü arzusu" ofisində parlament əksəriyyətinin iclası keçirilir

“Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının ofisində parlament əksəriyyətinin iclası keçirilir.

İclasa partiyanın sədri Bidzina İvanişvili rəhbərlk edir.

Parlament əksəriyyəti seçki sistemindəki konsitusiya dəyişiklikləri ilə bağlı qanunlayihəyi müzakirə edir.

Proporsiyonal seçki sisteminə keçişlə bağlı konstitusiya dəyişikliklərin müzakirəsi parlamentdə dünən başladı.

Gündəmdə iki layihə var idi. Biri iqtidar dəstəsi, digəri isə, müxalifət tərəfindən hazırlanıb.

Müxalifət tərəfindən hazırlanan layihə seçkilərin 3%-lik baryerlə keçirilməsini və seçki bloklarının yaradılmasını nəzərdə tutur.

Parlament əksəriyyətinin hazırladığı dəyişikliklər isə, 2020-ci ilin seçkilərinin sıfır, yəni təbii baryerlə keçirilməsini nəzərdə tutur.

Dünənki iclasda parlament müxalifətin hazırladığı layihəyi səs vermə nəticəsində rədd etdi.