"Gürcü Arzusu" majoritar deputat namizədlərini bir həftəyə təqdim edəcək
"Gürcü Arzusu" majoritar deputat namizədlərini bir həftəyə təqdim edəcək

Ola bilsin ki, “Gürcü Arzusu” majoritar deputat namizədlərini bir həftəyə təqdim edə.

Partiyanın seçki qərargahının rəhbəri İrakli Kobaxidzenin jurnalistlərə verdiyi bəyanata görə, “Gürcü Arzusu” majoritar deputatlığa 30 namizədi yaxın günlərdə təqdim edəcək.

“Seçki siyahısına gəlincə isə, onun üçün hələ vaxtımız var, ancaq periodik olaraq, yeni simalar əlavə olunur. Siyahıyı təqdim etmək üçün sentyabrın sonuna qədər vaxtımız var, ancaq təbii ki, biz daha tez təqdim edəcəyik. Bugün isə, yeni simaların adlarını deyə bilmirəm” – dedi İrakli Kobaxidze.