"Gürcü Arzusu" - hakim qüvvə birgə nailiyyətin, yaxşılaşdırılmış məhkəmə hakimiyyətinin ədalətsiz tənqidinə yol verməyəcək
"Gürcü Arzusu" - hakim qüvvə birgə nailiyyətin, yaxşılaşdırılmış məhkəmə hakimiyyətinin ədalətsiz tənqidinə yol verməyəcək

Hakim siyasi qüvvə ictimaiyyətin, hakimiyyətin birgə nailiyyətinin, yaxşılaşdırılmış məhkəmə hakimiyyətinin ədalətsiz tənqidinə yol verməyəcək, – bu barədə “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının siyasi şurasının bəyanatında deyilir.

“Gürcü Arzusunun” bəyanatında deyilir:

“İctimaiyyətə xatırlatmaq istəyirik ki, 2012-ci ilin oktyabrın 1-də “Gürcü Arzusu” idarə üçün ölkəni təhvil aldı. Həmin dövlətdə insan, ədaləti tapa bilmirdi. Hamımız xatırlayırıq ki, totalitar dövlət maşını, məhkəmə hakimiyyətini öz siyasəti xidmətinə istifadə edirdi.

Bu illər ərzində məhkəmə sistemində həyata kemirdiyimiz kompleks islahatların sadalanması üzərində təfərrüatlı dayanmayaçağıq və o fikirdən ki, hər şey idealdır, uzaqdayıq. Lakin bir neçə statistik göstəriciləri təqdim edirik:

-bəraətqazandırıcı hökmərin sayı altı dəfə artdı;

-ilkin həbs cəzaları üç dəfə azaldı;

-istintaq hərəkətləri üzrə vəkalətnamələrin təmin edilməsi göstəricisi yarıya endirildi;

-girovla azad edilmənin göstəricisi 18 dəfə (91 milyondan 5 milyon lariyə qədər) azaldı;

-cərimələnmə göstəricisi 5 dəfə (229 milyondan 48 milyon lariyə qədər) azaldı:

-inzibatı həbs göstəriciləri üç dəfə azaldı;

-polis və City-Parka qarşı şikayətlərin təmin edilməsi göstricisi 200 dəfə artdı;

-Gürcüstandan Strasburq Məhkəməsinə göndərilən şikayətlərin sayı 11 dəfə (4453-dən 415-ə qədər) azaldı.

Məhkəmənin sistemli yaxşılaşdırılması yolunda Konstitusiya islahatı önəmli mərhələyə çevrildi. 2018-ci ilin dekabrın 16-da yeni prezidentin andiçməsi andan yeni Konstitusiya qüvvəyə mindi. Ali Ədliyyə Şurası ona verilmiş yeni hüquq-səlahiyyəti aldı və təsdiq edilməsi üçün Parlamentə Ali Məhkəmənin hakimliyinə 10 namizədi göndərdi. Məhz elə bu qərara görə, siyasi, mülki və ictimai qruplarda narahatlıq yarandı. Buna görə, Parlament qərar qəbul etdi ki, qeyd olunan məsələni yaz sessiyasına qədər təxirə salsın.

Bu fonda hakim siyasi qüvvə kənarda dayana bilməz və ictimaiyyətin, hakimiyyətin birgə nailiyyətinin –  yaxşılaşdırılmış məhkəmə hakimiyyətinin ədalətsiz tənqidinə yol verməyəcək

Bütün siyasi qüvvəyə müraciət edirik ki, sağlam olmayan siyasi qarşıdurmaya qoşulmasın.

Biz, məhkəmənin müstəqilliyi və effektliyinin möhkəmləndirilməsi üçün islahatları davam etdiririk”, – bəyanatda deyilir.