Akaki Boboxidze - əgər "Gürcü Arzusu" müxalifətin mandatlarını ləğv etməsə, istərəsə məhkəmə yolu ilə olsun, ləğv etdirməyə çalışacağıq
Akaki Boboxidze - əgər "Gürcü Arzusu" müxalifətin mandatlarını ləğv etməsə, istərəsə məhkəmə yolu ilə olsun, ləğv etdirməyə çalışacağıq

“Gürcü Arzusu” mandatları ləğv etməyəcək, çünki əgər hüquqi olaraq birpartiyalı palament qeydiyyatdan keçdisə, onlar üçün qarabasma perspektividi, – bu barədə “Avropa Gürcüstanı” partiyasının üzvü, Akaki Boboxidze bəyan etdi.

“Qanunun inkarı və ya qanunun müdafiəsi ilə, sabah onlar deputat səlahiyyətlərini, təəssüflər olsun, ləğv etməyəcəklər. Bu özbaşnalığın, qanun pozuntusunun və hakimiyyətin uzurpasiyasının daha bir nümunəsi olacaq”, – Boboxidze qeyd etdi.

Onun dediyinə görə, insanları öz iradəsinə qarşı işləməyə məcbur etmək olmaz.

“Əgər müxalifətin mandatlarını ləğv etməsələr, istərəsə məhkəmə yolu ilə olsun, ləğv etdirməyə çalışacağıq. Əgər ləğv etsələr, onda artıq “Gürcü Arzusu” ilə yeni reallıqdan irəli gələrək, danışıqların aparılmasına başlayacağıq. Parlamentə daxil olmağın şansı olmadığından sonra, bütün deputatların səlahiyyətləri dayandırlmış olduqda, “Gürcü Arzusu” məcbur olacaq ki, birpartiyalı Parlament durumundan çıxış yolunun yeganə istiqaməti barəsində düşünsün – yeni seçkilər barəsində. Bu gün, səlahiyyətlərin dayandırlmadığı bir anda, onlar yeni seçkilər barəsində düşünmürlər. Onlar çalışırlar ki, birpariyalı parlamenti, bizim daxil edilməyimizlə dəyişsinlər və nə qədər tez bu ümidsiz cəhdlərə son qoyulsa, mənim fikrimcə, bir o qədər ölkə üçün faydalı olacaq”, – Akaki Boboxidze bəyan etdi.