"Gürcü Arzusu - Demokratik Gürcüstan" Azadlıq meydanında aksiya keçirir (Foto)

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Tbilisidə, Azadlıq meydanında aksiya keçirir.

“Gürcüstanın Avropaya doğru gedən yolu” adlı aksiya iştirakçılarına partiyanın gənclər təşkilatının sədri Giorgi Çakvetadze müraciət etdi.

“Buraya Gürcüstanın Avropalı gələcəyinə dəyər verən insanlar yığılıblar. Bizim məqsədimiz tarixi ədaləti bərpa edib, ölkəmizi Avropa ailəsinə qaytarmaqdır. Gürcü milləti bu seçimi artıq etdi və kimsə onun qarşısında dura bilməz” – dedi Giorgi Çakvetadze.