"Gürcü Arzusu" bəyanat yayır - "Milli Hərəkat" seçkiqabağı kampaniyalarda provokasiyalara və zorakılığa başladı və buna diqqət yetirmək lazımdır
"Gürcü Arzusu" bəyanat yayır - "Milli Hərəkat" seçkiqabağı kampaniyalarda provokasiyalara və zorakılığa başladı və buna diqqət yetirmək lazımdır

“Gürcü Arzusu – Demokratik Gürcüstan” Marneuli munisipalitetində baş verən insindentlə bağlı bəyanat yayır.

“Marneuli munisipalitetində “Milli Hərəkat” üzvləri tərəfindən seçki administrasiyasına zorla daxil olmaq cəhdinə və MSK əməkdaşına qarşı fiziki zorakılıq faktına şahid olduq.

Hadisə yerində polis səfərbər olunmuşdu və qeyd olunan işin istintaqı başladılıb.

Ancaq, “Milli Hərəkatın” aktivistləri zorakılıqla yetinmədilər və gecə saatlarında, alkohol təsiri altında “Gürcü Arzusu” ofisinin yanına getdilər və dəstəkçilərimizi sözlü və fiziki təhqir etdilər. Nəticədə münaqişə iki tərəfli qarşıdurmaya çevrildi.

Hökümət destabilizasiya və qarışıqlıq yaratmaq cəhdlərinə izin verməyəcək və qanun kənarına çıxan hərkəs cəzalandırılacaq.

Hərkəsə müraciət edirik ki, bütün hücumlara layiqli cavab verək, ancaq güc və yumruqla deyil, sülh və seçki yolu ilə cavab verək” – deyilir partiyanın bəyanatında.