Güclü külək səbəbilə Tbilisi meriyasının xidmətləri fövqəladə rejimdə fəaliyyət göstərir
Güclü külək səbəbilə Tbilisi meriyasının xidmətləri fövqəladə rejimdə fəaliyyət göstərir-bu barədə məlumatı paytaxt meriyası yayır.
Onların verdiyi məlumata görə, güclü külək paytaxtda müəyyən problemlər yaradıb.
“Ağacların aşması, ağac budaqlarının qırılması, dam örtüyünün zədələnməsi halları müşahidə olunur. Güclü külək Krtsanisi rayonundakı tarixi abidənin damını və binanın fraqmentini uçurub. Dəymiş ziyanın aradan qaldırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə, Tbilisi Munisipalitetinin müvafiq xidmətləri tam gücü ilə fəaliyyət göstərir. Tbilisinin on rayonunun icra hakimiyyətinin əməkdaşları hadisə yerindədir və zərərçəkmiş ailələrə imkan daxilində köməklik göstərirlər.
Bununla yanaşı, “EcoService Group”-un əməkdaşları sınmış ağacları və ağac budaqlarını ərazidən uzaqlaşdırırlar. Ətraf Mühit üzrə Milli Agentliyin məlumatına görə, aprelin 13-də də paytaxtda güclü küləyin əsəcəyi gözlənilir. Mümkün zərərin qarşısını almaq üçün Ağmaşenebeli xiyabanında qaldırılan dövlət bayrağı müvəqqəti olaraq sökülüb və hava şəraiti düzələn kimi bayraq yenidən qaldırılacaq. Əlverişsiz hava şəraitinin səbəb olacağı problem halında, Tbilisi meriyasının qaynar xəttinə – 2 72 22 22 nömrəsinə zəng edə bilərsiniz” – deyə meriyanın məlumatında qeyd olunur.