Ququli Mağradze - Kişilər niyə qadınların yerinə danışırlar, həmişə təəcüblənmişəm
Gender kvotasının təsdiqlənməsi zəruridir, çünki parlamentdə qadın əhalisinin maraqları da kişilərinki qədər təqdim edilməlidir, – bu barədə bəyanatı parlament əksəriyyətinin üzvü Ququli Mağradze parlamentin plenar iclasında verdi.
Ququli Mağradze qeyd etdi ki, gender kvotalarının qəbul edilməsi ilə bağlı parlamentdə 1999-cı ildən bəri müzakirə aparılır.
“Bu məsələ haqqında hər zaman danışılırdı. İndiyə qədər heç bir parlament bu “maskulin baryeri keçə” bilməmişdi. Niyə qadınların adı ilə kişilər danışırdılar, buna həmişə təəcüblənmişəm.
Bu kvotlaşdırma qanunu ilə bağlı qadınlar özlərini təhqir edilmiş hesab edirlər mi, soruşdunuz mu qadınlardan? Niyə onların yerinə danışırısınız?
Sorğu nəticəsində məlum oldu ki, Gürcüstan əhalisinin 70% faizi parlament siyahısında hər üçüncü şəxsin qadın olmasını dəstəkləyir. Qadınların yerinə danışanlar bu göstəriciləri nəzərə alsınlar. Biz balans haqqında danışırıq. Demirik ki, qadın daha çox olsun.
Biz hətta faşist ideologiyası olan partiyaların qeydiyyatdan keçməsini qadağan edirik mi? Etmirik.
Ümid edirəm ki, hazırki parlament “maskulin baryeri” keçib, gender kvotası ilə bağlı qanunlayihəyi qəbul edə biləcək” – dedi Ququli Mağradze.