Qriqori Karasin - gücdən istifadə etməmək razılığı mətni barəsində razılığa gələ bilmədik
Qriqori Karasin - gücdən istifadə etməmək razılığı mətni barəsində razılığa gələ bilmədik

Gücdən istifadə etməmək razılığı mətni barəsində, Cenevrə disskusiyaları iştirakçılarının fərqli fikirləri var, – bu barədə jurnalistlərə Rusiya Xarici İşlər nazirinin müavini, Qriqori Karasin Cenevrə disskusiyalarının başa çatmasından sonra bildirdi.

Onun dediyinə görə, məhz elə fikir ayrılığına görə, mətn üzrə razılığa nail oluna bilinmədi.

“Təəssüflər olsun ki, mətn ilə bağlı razılığa gələ bilmədik. Çünki iştirakçılarının gücdən istifadə etməmək razılığı mətni barəsində müxtəlif fikirləri var. Buna görə də fikir mübadiləsi baş verdi. Dünya siytasətində mövcud olan çətinliklərə baxmayaraq, söhbət kifayət qədər konstruktiv idi”, – Karasin qeyd etdi.

Gürcüstan nümayəndə heyətinə, Gürcüstan Xarici İşlər nazirinin müavini, David Dondua rəhbərlik edirdi.