Qriqol Leluaşvili - Türkiyədən Azərbaycan istiqamətinə doğru Suriyalı hərbi qruplaşmalarının, Gürcüstan ərazisindən keçərək, göndərilməsi ilə bağlı yayılan məlumat yalandır və regionda vəziyyətin eskalyasiyasına yönəldilib

Türkiyədən Azərbaycan istiqamətinə doğru Suriyalı silahlı hərbi qruplaşmalarının, Gürcüstan ərazisindən keçərək, göndərilməsi ilə bağlı yayılan məlumat yalandır və regionda vəziyyətin eskalyasiyasına və daha da gərginləşməsinə yönəldilib, – bu barədə bəyanatı Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Leluaşvili, Təhlükəsizlik Şurasının iclası başa çatdıqdan sonra verdi.

“Sosiyal medyada yayılan dezinformasiyaya səslənmək istəyirəm, ki güya, Türkiyədən Azərbaycana, Gürcüstan ərazisindən keçərək, Suriyalı silahlı qruplaşmalar göndərilir. Həmçinin, konkret müraciətlər edilir ki, Azərbaycan istiqamətinə gedən avtomagistral bağlansın. Xüsusi ilə vurğulayaraq, qeyd etmək istəyirəm ki, Suriyalı döyüşçülərinin Gürcüstan ərazisindən keçmələri ilə bağlı məlumat tamamilə əsassızdır və regionda vəziyyətin daha da gərginləşməsi üçün yayılır” – deyir Leluaşvili.

Onun dediyinə görə, Dövlət Təhlükəsizlik Xidməti Azərbaycan və Ermənistan tərəflərinin müvafiq idarələri ilə fəal komunikasiyaya davam edir.

“Təhlükəsizlik məsələləri ilə bağlı bütün qərarlar regionda mövcud olan vəziyyət və cari proseslərin həll edilməsi üçün gərəkən, maraqlardan irəl gələrək, verilir.

Gürcüstanın dövlət təhlükəsizliyinə və regiondaki stabilliyə qarşı edilən hər bir hərakata qarşı qanunla nəzərdə tutulan tədbirlər həyata keçirliəcək” – dedi Qriqol Leluaşvili.