Qızıl gül meydanının adının dəyişdirilməsi mümkündür
Qızıl gül meydanının adının dəyişdirilməsi mümkündür

Tbilisi Sakrebulosu təşəbbüs irəli sürür ki, buna da əsasən qızıl gül meydanının adının dəyişdirilməsi və ilk demokratik respublika adının verilməsi mümkündür.

“Tbilisi munisipalitetinin Sakrebulosu, ilk respublikanın bəyan edilməsinin 100 illik yubileyi ilə əlaqədar, təşəbbüs irəli sürür ki, qızıl gül meydanınına ilk demokratik respublika adı verilsin.

Gürcüstanın müstəqilliyinin bərpası günü, 26 may və ilk demokratik respublikanın bəyan edilməsinin 100 illik yubileyi ölkəmiz və Gürcüstanın hər bir vətəndaşı üçün önəmli tarixdir.

Məhz elə buna görə, Tbilisi munisipalitetinin Sakrebulosu təşəbbüs irəli sürür ki, paytaxtın ən əsas meydanlanlardan birinə, ilk demokratik respublika adı verilsin”, – Tbilisi Sakrebulosunda bəyan edirlər.

Sakrebuloda açıqlama verirlər ki, təşəbbüsü Tbilisi Sakrebulosu komisiya iclasında müzakirə edəcəklər.