Bidzina İvanişvili - hər şeyi etməliyik ki, ölkəmiz inkişaf etmiş dövlətlərin layiqli sırasına keçsin
Bidzina İvanişvili - hər şeyi etməliyik ki, ölkəmiz inkişaf etmiş dövlətlərin layiqli sırasına keçsin

Hər şeyi etməliyik ki, ölkəmiz inkişaf etmiş dövlətlərin layiqli sırasına keçsin, – bu barədə “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının sədri, Bidzina İvanişvili bəyan etdi və ictimaiyyəti İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubileyini təbrik etdi.

“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının mətbuat xidmətinin məlumatına görə, Bidzina İvanişvili şərhi, Müstəqillik Gününə həsr olunmuş təntənəli qəbulda etdi.

“Gürcüstanın hər bir vətəndaşını bu günki gün münasibəti ilə təbrik edirəm. Gürcü demokratik respublikasını ən uğurlu və xalqın xidmətində duran dövlətlər arasında xatırlada bilərik. Hər şeyi etməliyik ki, ölkəmiz inkişaf etmiş dövlətlərin layiqli sırasına keçsin”, – Bidzina İvanişvili bəyan etdi.

İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli qəbul dünən gecə keçirildi.