Qiuli Alasania - "Vivamed" klinikasında yaxşı şərait var, lakin bütün bunlar kifayət deyil, Saakaşvilinin buradan aparılması lazımdır, onun intensiv müalicəyə ehtiyacı var
Qiuli Alasania - "Vivamed" klinikasında yaxşı şərait var, lakin bütün bunlar kifayət deyil, Saakaşvilinin buradan aparılması lazımdır, onun intensiv müalicəyə ehtiyacı var

 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin anası Qiuli Alasania “Vivamed” klinikasında Saakaşvilini ziyarət edib. Qiuli Alasanianın mətbuat konfransında da qeyd etdiyi kimi, Mixeil Saakaşvilidə güclü zəiflik qeydə alınır və hərəkət etməkdə çətinlik çəkir.

Qiuli Alasania, “Vivamed” klinikasında şəraitin yaxşı olduğunu, tibb işçilərinin də onun xoşuna gəldiyinin , lakin bütün bunların Saakaşvilinin vəziyyəti üçün kifayət etmədiyini və orada reabilitasiyadan keçə bilməyəcəyini bildirib.

Qiuli Alasaniyanın sözlərinə görə, Mixeil Saakaşvili təcili xaricə aparılmalı və intensiv müalicə edilməlidir.

“Mən onu iki gün əvvəl həbsxanada gördüm, bundan qat-qat pis idi. Onun heç rəngi yox idi, tamamilə ağ idi, bu gün yeriməkdə çox çətinlik çəkirdi. Dünən üç dəfə yıxıldığını söylədi. Onun dəhşətli zəifliyi var. Çox diqqətli insanlardırlar, bu baxımdan vəziyyət yaxşıdır. Analizlər aparılıb, cavablar ola bilsin hələ yoxdur və müşahidə etməliyik dedilər. Nə vaxta qədər dayanacağını bilmirəm, lakin dəqiq bilirəm ki, onu buradan çıxarmaq lazımdır, çünki nə müşahidə, nə də bu analizlər, müayinələr kifayət etməyəcək, çünki onun sağ qalması üçün indi intensiv müalicə lazımdır. Bu, artıq yaşamaq məsələsidir. Həkimləri çox bəyəndim, hamı vəziyyətini yüngülləşdirməyə çalışır, lakin onun burada reabilitasiyadan keçə bilməyəcəyi aydındır. Prosesə mümkün qədər tez başlamaq lazımdır. Hətta bu klinikada belə pasiyent olmayıb, təcrübə yoxdur. Artıq ona bir-birindən ağır doqquz diaqnoz qoyulub. Çox yaxşı şəraitdədir, Qori ilə müqayisə belə etmirəm, işçiləri də çox bəyəndim, məsafə böyükdür, yer də var, şərait həqiqətən yaxşıdır, ona yaxşı baxırlar, lakin bütün bunlar vəziyyət üçün kifayət deyil” -deyə Qiuli Alasania bildirib.

Bununla yanaşı, Qiuli Alasanianın sözlərinə görə, Mixeil Saakaşvilinin klinikada televizoru var. Bundan əlavə, Alasania onun klinikaya daxil olmasına icazə verildiyini bildirir, həmçinin şəxsi həkim və ola bilsin ki, vəkilə də ziyarət üçün icazə verilsin. “Nikoloz Ğipşidze yəqin ki, günü sabah ziyarət edə biləcək” – deyə Q. Alasania bildirib.

Xatırlatmaq istərdik ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bu gün səhər saatlarında Rustavidəki 12 Saylı müəssisədən “Vivamed” klinikasına köçürülüb.