Girogi Qaxariya - dünənki gün bizə göstərdi ki, uğurlu dövlət bu cür qurulur
Girogi Qaxariya - dünənki gün bizə göstərdi ki, uğurlu dövlət bu cür qurulur

Bu müqəddəs bayramı evdə qarşılayan hər bir insana təşəkkürümü bildirmək istəyirəm, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Qaxariya sosial şəbəkədə yazır.

“Dünənki gün bizə göstərdi ki, uğurlu dövlət bu cür qurulur!

Dünən gürcü xalqı, öz dini və kilsəyə qarşı sədaqətlik və hörmətdən başqa, hökumət qarşısında yüksək mülki məsuliyyətini göstərdi.

Dünənki gün, bir daha hamımızı inandırdı ki, bir-birimizə dəstəklə mütləq yekun qələbəyə nail olacağıq!

Bu müqəddəs bayramı evdə qarşılayan hər bir insana təşəkkürümü bildirmək istəyirəm.

Bu mübarizədə ön xəttə duran hər bir həkimə, hər bir polis işçisinə, hər bir hərbi xidmətçiyə təşəkkürümü bildirmək istəyirəm.

Qarşıda bizi ağır mübarizə gözləyir, lakin bu cür məsuliyyətlə, birgə durmaqla, biz bu çətin çağırışı mütləq dəf edəcəyik”

Bir daha dözməliyik, evdə qalmalıyıq, bir daha Müqəddəs Pasxa Bayramız mübarək olsun!, – Giorgi Qaxariya yazır.