Qırmızı Xaç - Qəzza sektorunda vəziyyət humanitar fəlakətə yaxınlaşır
Qırmızı Xaç - Qəzza sektorunda vəziyyət humanitar fəlakətə yaxınlaşır

Beynəlxalq Qırmızı Xaç Komitəsi Qəzza sektorunda vəziyyətin humanitar fəlakətə yaxınlaşdığını açıqlayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi “Qəzzada ilişib qalmış mülki vətəndaşların təxliyə və ya bölgədə qalmağa çalışmasından asılı olmayaraq onları müdafiə etməyə” çağırıb.

Açıqlamaya görə, İsrailin Müdafiə Qüvvələri ilə “HƏMAS” arasında döyüşlər məskunlaşılmış ərazilərdə və xəstəxanalar ətrafında gedir.

“Dözülməz insan faciəsi gözümüzün qarşısında cərəyan edir” – bəyanatda deyilir.

Qırmızı Xaç, bölgəyə çatan humanitar yardımın əsasən yetərli olmadığını, əhalinin qida, su və gigiyena məhsulları kimi zəruri əşyalarının olmadığını açıqlayıb.