Giorgi Volski - Avroparlament bilməlidir ki, məhbuslar məsələsi hüquqi yollarla həll olunur

Parlament sədrinin birinci müavini Gia Volskinin dediyinə görə, avroparlamentar Maikl Qalerinin bəyanatı ki, güya qərb ölkələri Gürcüstandan siyasi məhbusların azad edilməsini gözləyirlər, biraz qəribədir, çünki belə məsələlər sadəcə hüquqi yollarla həll olunur.

“Qəribə bir bəyanatdır, çünki avroparlamentar və “Milli Hərəkatın” dəstəkçiləri, yaxşı bilməlidirlər ki, məsələ ilə bağlı bütün materiallar öyrənilməlidir və əgər prinsipal məsələ varsa, hüquqi yollarla həll edilməlidir.

Belə bəyanatlar “Rustavi-2″ məsələsi ilə bağlı da verilirdi, ancaq daha sonra Strasburq o məsələ ilə bağlı elə qərar verdi, hansı ki, xalq partiyası tərəfindən o vaxt verilən bəyanatlardan çox uzaq idi” – dedi Volski.