Giorgi Vaşadze - Tbilisidə ümumi majoritar namizədləri ilə bağlı müxalifətdəki danışıqlar başa çatıb

“Yeni Gürcüstan”-ın lideri Giorgi Vaşadzenin bəyanatına görə, Tbilisidə ümumi majoritar namizədləri ilə bağlı müxalifətdəki danışıqlar başa çatıb və yaxın günlərdə namizədlər ictimaiyyətə təqdim ediləcəklər.

“Sabah ya da maksimum iki günə, biz majoritar namizədlərini təqdim edəcəyik. Kvotalar deyil, adlar və soyadlarla bağlı razılaşdıq və bu çox önəmlidir. Proses irəli gedir. Əsas odur ki, biz müxalifətin birləşməsi yolunda gedirik, çünki xalq bunu tələb edir. Əsas olan hansısa partiyanın marağı deyil, xalqın nə istədiyidir” – dedi Vaşadze.

Giorgi Vaşadzenin dediyinə görə, təqdim edilən namizədlər arasında özü də olacaq.