Giorgi Vaşadze - Səkkiz ildir qırıq xəyallar partiyası ölkəyi idarə edir, 31 oktyabr isə, Gürcüstanı inşaata doğru aparan qərar günüdür
“Ağmaşenebeli (inşaatçı) strategiyası”-nın lideri Giorgi Vaşadze “Gürcü Arzusunun” səkkiz illik idarəçiliyini dəyərləndirir və bəyan edir ki, bu vaxt ərzində, iqtidar dəstəsi əhaliyə verdiyi heç bir vədi yerinə yetirmədi.
Vaşadze bəyan etdi ki, onların nail olduğu tək şey: parlamentdə olan 36 milyonerdir. Altı rəsmi nazir və onların zənginləşmiş dostları və qohumları.
Vaşadze hesab edir ki, oktyabrın 31 qərar verici gündür, Gürcüstan bu yalan arzuları dayandırıb, ölkənin inşaatına başlamalıdır.
“Səkkiz il keçdi və ölkədə milyondan artıq insan yoxsulluğun son həddindədir. Səkkiz ilin ərzində, 220 000 iş yerlərini itirdik, koronavirus dövründə isə, yenə 40 000 iş yerini itirdik. Səkkiz ildir məhkəmə bir klan tərəfindən idarə edilir. Kriminal ikiqat artıb, cinayət işlərinin açılma göstəricisi düşüb və ölkədə kriminogen vəziyyət ağırdır. Səkkiz ildir hüquqmühafizə orqanları sadəcə siyasi maraqları qoruyurlar. Səkkiz ildir ABŞ-ın sanksiyalı ölkələr siyahısındayıq. Səkkiz ildir sürünən işğal davam edir. Səkkiz ildir insanlar gərəkdiyindən yüksək faizləri monopolist banklara ödəyirlər. “Gürcü arzusunun” nail olduğu tək şey parlamentdə oturan 36 milyonerdir.
Ona görə də, 31 oktyabr qərar günüdür. Bizim dəstəmizin təklif etdiyi seçim çox asandır – pul qazanan və iş görən dəstə arasında seçim. Qırıq arzular partiyası ilə bizim fərqimiz budur” – dedi Vaşadze.
Məlumatı “Giorgi Vaşadze – Ağmaşenebeli”-nin mətbuat xidməti yayır.