Giorgi Vaşadze - Gizlətməyəcəm ki, "Milli Hərəkatın" birləşmədən çıxması ilə bağlı söhbət aparılır
Gizlətməyəcəm ki, “Milli Hərəkatın” birləşmədən çıxması ilə bağlı söhbət aparılır – bu barədə bəyanatı “Yeni Gürcüstanın” lideri Giorgi Vaşadze verdi.
Onun dediyinə görə, bu mövzu ilə bağlı son açıqlamayı “Milli Hərəkat” verməlidir.
“Milli Hərəkatın” seçkilərdə hansı forma ilə iştirak edəcəyi yaxın günlərdə məlum olacaq. Məncə onların ayrılması konstruktiv, sakit şəkildə olmalıdır, çünki bizim məqsədimiz əhalimizin etimadını qazanmaqdır. Bu məsələ ilə bağlı son şərhi “Milli Hərəkat” verməlidir” – dedi Giorgi Vaşadze.