Giorgi Vaşadze - gələn həftədən aksiyalar bölgələrdə də keçiriləcək
Giorgi Vaşadze - gələn həftədən aksiyalar bölgələrdə də keçiriləcək

“Yeni Gürcüstanın” lideri, Giorgi Vaşadzenin məlumatına görə, gələn həftədən aksiyalar bölgələrdə də keçiriləcək. Vaşadzenin “Leyborist Partiyası” ofisində görüşün başa çatmasından sonra bəyan etdiyinə görə, bölgələrdə aksiyalar Kutaisidən başlayacaq.

Bununla yanaşı, elə onun dediyinə görə, Parlamentin piketləşdirilməsi davam edəcək.

Vaşadzenin bəyan etdiyinə görə, müxalifət tərəfindən hazırlanan seçki sisteminə aid olan qanunlayihə üzrə ATƏT-in yekun qərarını gözləyirlər. Bundan sonra isə, böyük aksiyanın tarixini müəyyənləşdirəcəklər.

Şərh yaz