Giorgi Vaşadze - "Milli Hərəkatı" başqa müxalif partiyalarının sürpriz qarşısında qoymamağa çağırıram
Giorgi Vaşadze - "Milli Hərəkatı" başqa müxalif partiyalarının sürpriz qarşısında qoymamağa çağırıram

Bannerlər prosesə zərər verir. Müxalif partiyalara müraciət edirəm, aksiya olarkən, ümumi format üzrə razılaşmalıyıq, bir-birimizə “sürprizlər” etməməliyik, – “Strategiya Ağmaşenebelinin” lideri, Giorgi Vaşadze “Lelo” və “Vətəndaşlar” partiyasının nümayəndələrinin dünən Batumidə keçirilən etiraz aksiyasını tərk etmələri faktına bu cür əks səda verir.

“Aksiyanı tərk edənləri başa düşürəm. Onların mövqeyi ilə razılaşıram. “Milli Hərəkatı” başqa müxalif partiyalarının sürpriz qarşısında qoymamağa çağırıram”, – Giorgi Vaşadze bəyan etdi.

15 noyabrda, Batumidə müxaligət tərəfindən təşkil olunan aksiyanı “Lelo” və “Vətəndaşlar” partiyasının nümayəndələri etiraz əlaməti olaraq tərk etdilər. Səbəd olaraq isə, “Mişa gəl” şuarını adlandırdılar.