Giorgi Vaşadze - Fəaliyyət planımız hazırlanıb, "sizi yenə kilitləyəcəyik"
“Leyborist partiyasının” ofisində müxalifət partiyalarının nümayəndələrinin görüşü başa çatdı.
Partiya liderlərinin fəaliyyət planı ilə bağlı təqribən üç saatlıq müzakirə aparıldı.
Görüşdən sonra müxalifət liderləri bəyan etdilər ki, fəaliyyət planlarını detallı şəkildə aksiyada bildirəcəklər.
Onların dediyinə görə, qanunla icazə verilən bütün etiraz tədbirlərindən istifadə ediləcək.
“Fəaliyyət planımızın adı – “Sizi yenə kilitləyəcəyik”-dir. Saat 19:00-da gənclərin bəyanatı olacaq. Bütün hərəkətlərimiz konstitusiya çərçivəsində həyata keçiriləcək. “Gürcü arzusuna” müraciət edirik, sizi yenə kilitləyəcəyik” – dedi “Yeni Gürcüstanın” lideri Giorgi Vaşadze.