Giorgi Qaxariya - dəyərlər səviyyəsində heç bir vətəndaşın sual altına almadığı məsələlər də, yalan vasitəsi ilə sual altına alınır, məsələn işğal
Giorgi Qaxariya - dəyərlər səviyyəsində heç bir vətəndaşın sual altına almadığı məsələlər də, yalan vasitəsi ilə sual altına alınır, məsələn işğal

Hamımız razılaşırıq ki, işğal ən böyük problemdir, ən böyük çağırışdır və insanlar, hansılar ki, ən azından susmaq məsuliyyətini hiss etməlidirlər, bizə bu işğalın dəyərləndirilməsində ittiham irəli sürürlər, bu da qəbuledilməzdir, – bu barədə Gürcüstanın baş nazirliyinə namizəd, Giorgi Qaxariya Parlamentin plenar iclasında bəyan etdi.

“Ən əhəmiyyətlisi odur ki, dəyərlər səviyyəsində heç bir vətəndaşın sual altına almadığı məsələlər də, yalan vasitəsi ilə sual altına alınır, məsələn işğal. Biz, hamımız razılaşmışıq ki, işğal ən böyük problemdir, ən böyük çağırışdır və insanlar, hansılar ki, ən azından susmaq məsuliyyətini hiss etməlidirlər, bizə bu işğalın dəyərləndirilməsində ittiham irəli sürürlər, bu da qəbuledilməzdir. Vətənə sevginin və işğala qarşı mübarizənin privatizasiyası yolverilməzdir”, – Qaxariya bəyan etdi.