Giorgi Qaxaria - Bir konkret adama qarşı qanuni cəza tədbirinin həyata keçirilməsi, ölkədə siyasi eskalyasiyaya səbəb olacaqsa, bu addım qeyri-məqbuldur
Giorgi Qaxaria - Bir konkret adama qarşı qanuni cəza tədbirinin həyata keçirilməsi, ölkədə siyasi eskalyasiyaya səbəb olacaqsa, bu addım qeyri-məqbuldur

Bir konkret adama qarşı qanuni cəza tədbirinin həyata keçirilməsi, ölkədə siyasi eskalyasiyaya səbəb olacaqsa, vətəndaşlarımızın sağlığı və həyatı üçün təhlükə yaradacaqsa, bu addım qeyri-məqbuldur, – bu bəyanatı bugün Gürcüstanın baş naziri Giorgi Qaxaria verdi.

Onun dediyinə görə, ölkədə siyasi gərginlik və polyarizasiya təhlükəsizlik üçün risk yaradır.

“Nika Melia heç bir zaman Gürcüstan qanunvericiliyinə hörmət etməyib. Bu adam iyunun 20-də, vətəndaşlarımızı parlamentə hücum etməyə çağırırdı, ancaq bütün bunlara baxmayaraq, mənim mövqeyim odur ki, konkret adama qarşı qanuni cəza tədbirinin həyata keçirilməsi ölkədə siyasi eskalyasiya üçün səbəb olacaqsa və vətəndaşlarımız üçün təhlükə yaradacaqsa, bunu etmək qeyri-məqbuldur. Mən bu məsələ ilə bağlı siyasi dəstəm ilə razılığa nail ola bilmədiyim üçün qərar verdim ki, vəzifəmdən istefa verim” – dedi Giorgi Qaxaria.