Giorgi Marqvelaşvili - Seçici ən çox yeni qüvvənin yaradılmasını gözləyir və belə bir platformanın yaradılması üçün dialoq aparıram

Seçici ən çox yeni qüvvənin gəlməsini gözləyir və belə bir platformanın yaradılması üçün dialoq aparıram, – bu bəyanatı Gürcüstanın sabiq prezidenti Giorgi Marqvelaşvili gələcək planları ilə bağlı suallara cavab olaraq, verdi.

Marqvelaşvilinin dediyinə görə, seçici nə sabiq, nə də hazırki iqtidarı istəmir, seçici yeni qüvvəyi gözləyir.

“Mən hazırda bu prosesə qoşulmuşam və seçicinin gözlədiyi yeni siyasi qüvvənin yaradılması ilə bağlı konsultasiyalar aparıram. Seçici açıq şəkidə deyir, – mənə yeni dəyərlər lazımdır, mənə yalançı demokratiya deyil, həqiqi demokratiya lazımdır və iqtidarın gücləndirilməsi də ölkənin iqtisadi güclənməsinə əsaslanmalıdır.

Hazırda belə bir gücün, belə bir platformanın yaradılması ilə bağlı siyasi danışıqlar aparıram” – deyib Giorgi Marqvelaşvili.