Giorgi Marqvelaşvili - Xurvaletiyə gəldikdə hiss edirəm ki, tikanlı məftillər mütləq aradan götürüləcək
Giorgi Marqvelaşvili - Xurvaletiyə gəldikdə hiss edirəm ki, tikanlı məftillər mütləq aradan götürüləcək

Gürcüstanın prezidenti Giorgi Marqvelaşvili Qori rayonunun Xurvaleti kəndində, işğal xəttinin digər tərəfində yaşayan Data Vanişvilini və yerli əhalini qarşıdan gələn yeni il münasibəti ilə təbrik etdi, sülh və Gürcüstanın birləşməsini arzu etdi.

“Yeni ilinizi buradan təbrik etmək istəyirəm. Burada rus işğalçıları ölkəmizi müvəqqəti iki yerə böldülər. Buraya gəldikdə hiss edirəm ki, tikanlı məftillər mütləq aradan götürüləcək”, – Giorgi Marqvelaşvili  bəyan etdi.

Giorgi Marqvelaşvili Xurvaleti kəndində polis işçilərini də təbrik etdi.