Prezident administrasiyası Salome Zurabişvili və Giorgi Marqvelaşvilinin görüşü barəsində rəsmi məlumat yayır

Prezident administrasiyası Salome Zurabişvili və Giorgi Marqvelaşvilinin görüşü barəsində rəsmi məlumat yayır.

Salome Zurabişvili və Giorgi Marqvelaşvilinin üzbəüz görüşü Avlabari İgamətgahında keçirildi.

Gürcüstanın seçilmiş prezidenti Salome Zurabişvili və hazırkı prezident Giorgi Marqvelaşvili səlahiyyətlərin təhvil verilməsi prosesləri, ölkənin daxili və xarici durumu barəsində söhbət etdilər.

Görüşün birinci hissəsində Gürcüstan prezidenti administrasiyasının rəhbəri Giorgi Abaşişvili və Salome Zurabişvilinin komandasının üzvü Laşa Jvaniya iştirak edirdilər. Bundan sonra Giorgi Abaşişvili və Laşa Jvaniya üzbəüz görüş keçirdilər.

Giorgi Marqvelaşvili Salome Zurabişvilini prezident seçilməsi ilə təbrik etdi və uğurlar arzuladı.