Giorgi Marqvelaşvili İlham Əliyevi Azərbaycanın İlk Respublikasının 100 illik yubileyini təbrik edir
Giorgi Marqvelaşvili İlham Əliyevi Azərbaycanın İlk Respublikasının 100 illik yubileyini təbrik edir

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Azərbaycanın İlk Respublikasının 100 illik yubileyini təbrik edir.

“Mənim üçün Azərbaycanın İlk Respublikasının 100 illik yubileyini səmimi qəlbdən təbrik etmək böyük bir şərəfdir. Qeyd etmək istəyirəm ki, azərbaycan xalqı, uğurlu və müstəqil dövlətin qurulması üçün bir çox çağırışlardan keçdi. Sevinirəm ki, sizin simanızda beynəlxalq arenada layiqli yer tutan, çiçəklənmiş ölkəni görürəm.

Bizim strateji əməkdaşlığımızı nəzərə alaraq, inanıram ki, birgə səylərlə ölkələr qarşısında mövcud olan çətinlikləri dəf edəcəyik və gələcəkdə əməkdaşlığımızı daha da dərinləşdirəcəyik.

İmkandan istifadə edərək, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə daimi dəstəyinizə görə minnətdarlığımı bildirirəm.

Sizə və qardaş azərbaycan xalqına sülh, sabitlik və firəvanlıq arzulayıram”, – Giorgi Marqvelaşvilinin təbrik məktubunda deyilir.