Giorgi Marqvelaşvili - Barnov küçəsində qətl törətməkdə ittiham olunanın işinə ailənin tələbi və cəzaçəkmə müəssisənin müsbət xarakterizə əlavə olunmuşdu
Giorgi Marqvelaşvili - Barnov küçəsində qətl törətməkdə ittiham olunanın işinə ailənin tələbi və cəzaçəkmə müəssisənin müsbət xarakterizə əlavə olunmuşdu

Gürcüstan prezidentinin bəyan etdiyinə görə, Barnov küçəsində qətl törətməkdə ittiham olunan, Vepxiya Bakradzenin işinə Əfv Kommisiyasında ailənin tələbi və cəzaçəkmə müəssisənin müsbət xarakterizəsi əlavə olunmuşdu.

Bu barədə Giorgi Marqvelaşvili bu günki mətbuat konfransında bəyan etdi.

Onun dediyinə görə, Bakradze əfv edilmə tələbi ilə kommisiyaya iki dəfə müraciət etdi və yalnız ikinci müraciətdən sonra kommisiya tam deyil, cəzanın yarıya endirilməsi qərarını qəbul etdi.

“2014-cü ildə Vepxiya Bakradze öz həyat yoldaşına qarşı zoraklıq aktını törətdi, halbuki bu insan o zaman həbs edilməmişdi və yalnız dörd ay yarımdan sonra, dekabrda törətdiyi yol qəzasından sonra həbs edildi və sonra hər iki törədilən cinayətə görə mühakimə olundu.

O, bir dəfə Əfv Kommisiyasına müraciət etdi və onun tələbi tamamilə inkar edildi. İkinci müraciət zamanı bir neçə önəmli sənəd daxil oldu, o cümlədən  cəzaçəkmə müəssisənin müsbət xarakterizəsi.

Bundan başqa müttəhimin azad olunamsı barəsində ailənin müraciəti var idi”, – Giorgi Marqvelaşvili bəyan etdi.

Prezidentin qeyd etdiyinə görə, qeyd olunan məsələ barəsində ictimaiyyət tərəfindən yaranan suallar tamamilə leqitimdir.