Giorgi Kvirikaşvili xüsusi əməliyyat zamanı yaralanan hüquqmühafizəçiləri ziyarət etdi
Giorgi Kvirikaşvili xüsusi əməliyyat zamanı yaralanan hüquqmühafizəçiləri ziyarət etdi

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili bu gün, Tbilisidə keçirilən xüsusi əməliyyat zamanı yaralanan hüquqmühafizəçiləri ziyarət etmək üçün Tbilisi Referal Hospitalına getdi.

Baş nazir ilə birlikdə Daxili işlər naziri Giorgi Gaxaria və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelauri getmişdilər.

Tbilisidə, Beri Qabriel Salosi küçəsində keçirilən xüsusi əməliyyat nəticəsində Dövlət Təhlükəsizlik Xidmətinin iki və Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentini iki əməkdaşı yaralandı.

Dövlət Təhlükəsizlik Xidmətinin verdiyi məlumata görə, xüsusi əməliyyat təxminən saat 18:00-da başa çatdı.