Giorgi Kvirikaşvili - əminəm ki, Bidzina İvanişvilinin "Gürcü Arzusu" partiyasının sədri seçilməsi, ölkənin siyasi həyatında müsbət olaraq əks olunacaq
Giorgi Kvirikaşvili - əminəm ki, Bidzina İvanişvilinin "Gürcü Arzusu" partiyasının sədri seçilməsi, ölkənin siyasi həyatında müsbət olaraq əks olunacaq

Baş nazir Giorgi Kvirikaşvili bəyan edir ki, Bidzina İvanişvilinin “Gürcü Arzusu” partiyasının sədri seçilməsi qərarı, ölkənin siyasi həyatında müsbət olaraq əks olunacaq və komandaya yeni impuls verəcək.

“Əminəm ki, bu qərar ölkənin siyasi həyatında müsbət olaraq əks olunacaq. Bu bizim üçün, “Gürcü Arzusu” partiyasını hər bir üzvü üçün, komandamız və baş nazir kimi, mənim üçün yeni impuls olacaq”, – Giorgi Kvirikaşvili bəyan etdi.

Onun bəyan etdiyinə görə, yaxın günlərdə partiyanın siyasi şurası və sonra qurutayı keçiriləcək.

“Əminik ki, siyasi şurası Bidzina İvanişvilini yeni sədr olaraq yekdilliklə seçəcək. Biz, hakimiyyətdə olan qüvvə kimi, ölkə və xalq qarşısında məsuliyyəti duyuruq. Ölkənin inkişafı fonunda partiyamızın gücləndirilməsi lazımdır. Əhəmiyyətlidir ki, hakim qüvvə kimi fundamental məslələr üzrə birliyi qoruyub saxlayaq. Bildiyiniz kimi, Bidzina İvanişvili ölkəmizin ən ağır dövründə partiya yaratdı. Bidizna İvanişvilinin faktorunun komandamız üçün nə qədər böyük olduğu hamı üçün aydındır. Demək istəyirəm, komandamızın adı ilə Bidzina İvanişviliyə partiyanın sədrliyini təklif etdim və sevinirəm ki, Bidzina İvanişvili razılığını bəyan etdi”, – Kvirikaşvili qeyd etdi.