Giorgi Kvirikaşvili - Bizim toleranlığın tarixi ənənələrinin qorunub saxlanılması kilsənin, şəxsən Pak və Müqəddəsin xidmətidir
Giorgi Kvirikaşvili - Bizim toleranlığın tarixi ənənələrinin qorunub saxlanılması kilsənin, şəxsən Pak və Müqəddəsin xidmətidir

İctimaiyyət və Kilsə arasında etimad və hörmətə əsaslanmış əlaqələrin bu ənənəsi və mədəniyyəti tariximizin əsas nailiyyətlərindən biridir, qədim dayaqdır və Gürcütan dövlətçiliyi bunun üzərində qurulubdur, – bu barədə Gürcüstanın baş naziri, Giorgi Kvirikaşvili “din və ictimai həyat” beynəlxalq konfransında nitqlə çıxış edərkən bəyan etdi.

Giorgi Kvirikaşvili qeyd etdi ki, alğöışlanasıdır ki, Gürcüstanın apostolik pravoslav kilsəsinin dayandırılmış avtokefal idarəçiliyinin bərpasının 100 illiyinə beynəlxalq nümayəndəlik konfransı həsr olunur.

Elə onun dediyinə görə, 15 əsr ərzində gürcü millətinin dini rəhbəri, mənəvi dayağı, birləşdiricisi olan Kilsənin güclü olması ona səbəb oldu ki, İmperiya ona qarşı mübarizəyə başladı və avtokefal idarəçiliyini dayandırdı.

Elə onun qeyd etdiyinə görə, Gürcüstan bir çox dəfə xüsusi çətinliklərlə üzləşib və bu vaxtı məhz kilsə, keşişlər, patriarxlar həmişə xüsusi rol oynayırdılar.

“Bu baxımından Gürcüstan Kilsəsinə 40 il rəhbərlik edən Pak və Müqəddəsin, Gürcüstanın Kalikos-Patriarxı, İkinci iliyanın xidməti vətən qarşısında çox qiymətlidir. Bizim toleranlığın tarixi ənənələrinin qorunub saxlanılması kilsənin, şəxsən Pak və Müqəddəsin xidmətidir. Əminəm ki, bu günki konfran maraqlı olacaq; bu günki gün üçün əhəmiyyətli və aktual məsələ olan, din və ictimaiyyətin əlaqələri məsələsi barəsində əhatəli müzakirə aparılacaqdır”, – Girogi Kvirikaşvili bəyan etdi.