Giorgi Kvirikaşvili - Hər birinizin Müqəddəs Pasxa bayramını təbrik edirəm, Pak və Müqəddəs, sizi təbrik edirəm
Giorgi Kvirikaşvili - Hər birinizin Müqəddəs Pasxa bayramını təbrik edirəm, Pak və Müqəddəs, sizi təbrik edirəm

Bütün Gürcüstanın Katalixos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya Paxsa liturqiyasından sonra Sameba Kafedral Məbədinə toplaşanları Müqəddəs Pasxa bayramı münasibətilə bir daha təbrik etdi və baş nazir, Giorgi Kvirikaşviliyə müraciət etdi.

“Biz sevinirik ki, bizim ibadət-dua mərasimimizdə, baş nazir, Giorgi iştirak edir. Ondan xahiş etmək istəyirəm ki, möminləri Pasxa bayramı münasibətilə təbrik etsin”, – Patriarx qeyd etdi.

Baş nazir Patriarxı və bütün Gürcüstanı Müqəddəs Pasxa bayramı münasibətilə təbrik etdi.

“Hər birinizin Müqəddəs Pasxa bayramını təbrik edirəm, Pak və Müqəddəs, sizi təbrik edirəm. Tanrıdan diləyirəm ki, sizin Patriarxlığınız Gürcüstanda uzun müddət sürsün və bütün Gürcüstana bötövlük arzulayırm.

Pak və Müqəddəs hər şey üçün təşəkkür edirəm”, – Giorgi Kvirikaşvili bəyan etdi.

İkinci İliya baş nazir və bütün Gürcüstana xeyir-dua verdi.