Giorgi Qvimradze - İctimai Yayımçı müstəqil bir institusiyadır və onun təhqir ediməsi və diskreditasiya cəhdlərini cavabsız qoymayacağıq
Bütün siyasətçilər nəzərə alsınlar ki, İctimai Yayımçı müstəqil institusiyadır və onun təhqiri və diskreditasiya cəhdləri bizim tərəfimizdən cavabsız qalmayacaq, – bu bəyanatı Gürcüstanın Birinci Kanalının yeni və cari xəbərlər blokunun direktoru Giorgi Qvimradze verdi.
Giorgi Qvimradze “Milli Hərəkatın” majoritar namizədi Levan Xabeişvilini Birinci Kanala etdiyi hücuma cavab verdi.
Xabeişvili Birinci Kanalı onun fəaliyyətinin işıqlandırılmamasında ittiham edir.
“İctimai Yayımçıya qarşı əsassız olaraq, irəli sürülən itihamlar, güya kanal hansısa partiyanın maraqlarına xidmət edir, təəssüf verici bir haldır. Əlbəttə ki, belə ittihamlara cavabımız sərt olacaq.
Bütün siyasətçilər nəzərə alsınlar ki, İctimai Yayımçı müstəqil institusiyadır və onun təhqiri və diskreditasiya cəhdləri bizim tərəfimizdən cavabsız qalmayacaq.
Birinci Kanalın “heçnəyi işıqlandırılmaması” ilə bağlı ittihamlara gəlincə isə, biz ictimaiyyəti maraqlandıran hər şeyi və müxalifətin aksiyalarını da işıqlandırırıq. Bizim hansısa hadisəyi işıqlandırmadığımızla bağlı ittihamlar yalandır.
Nəticədə, bunlar siyasətçilərdir və istənməyən suallara cavabları olmayanda, bizə qarşı əsassız ittihamlar irəli sürərək, ictimaiyyətin diqqətini dağıtmağa çalışırlar” – dedi Giorgi Qvimradze.