Giorgi Qaxariya Rəcəb Tayyib Ərdoğan ilə görüşdü
Giorgi Qaxariya Rəcəb Tayyib Ərdoğan ilə görüşdü

Gürcüstan-Türkiyə strateji partnyorluq şurasi iclası yaxın zamanlarda Ankarada keçirləcək, – bu barədə razılaşma Gürcüstanın baş naziri, Giorgi Qaxriya və Türkiyə Respublikası prezidenti, Rəcəb Tayyib Ərdoğan arasında üzbəüz görüşdə baş tutdu.

Gürcüstan baş naziri mətbuat xidmətinin məlumatına görə, danışıqlar nəticəsində, həmçinin qərar verildi ki, noyabrda nazirlər səviyyəsində, iki ölkənin iqtisadi komissiyasının iclası keçiriləcək. Qeyd olundu ki, bu ticari-iqtisadi əlaqələrin daha artıq dərinləşdirilməsinə və bu istiqamətlə mövcud olan potensialın maksimal olaraq istifadəsinə imkanlar yaradacaq.

Söhbət zamanı Bakı-Tbilisi-Qars layihəsi, turizm və mədəni sahədə olan birgə layihələr müzakirə olundu.

Görüş zamanı Qara Dəniz bölgəsində təhlükəsizliyin təmin edilməsi xüsusi ilə qeyd olundu.

Prezident Ərdoğan Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə qarşı Türkiyə Respublikasının dəstəyini bir daha təsdiq etdi.