Giorgi Qaxariya Davos Dünya İqtisadi Forumunda iştirak edəcək
Giorgi Qaxariya Davos Dünya İqtisadi Forumunda iştirak edəcək

Gürcüstanın baş naziri, Giorgi Qaxariya Davos Dünya İqtisadi Forumunda iştirak edəcək. Hökumət başçısının İsveçrə Konfederasiyasına səfəri 21-24 yanvarda baş tutacaq. Dövlət və hökumət başçıları ilə yüksək səviyyəli ikitərfli siyasi görüşlər keçiriləcək.

Gürcüstanın baş nazirinin işçi səfərinin iqtisadi hissəsi Philips Lighting, Siemens Energy, Camille Bloch, Coca-cola, Oneweb və başqa böyük şirkətlərlə görüşə ayrılacaq.

Səfər çərçivəsində baş nazir, Avropalı həmkarları ilə, “New Ambitions for Europe” disskusiyasında iştirak edəcək. Hökumət başçısı Avropa liderləri üçün təşikil olunmuş “Uniting Europe” tədbirində nitqlə müraciət edəcək.

Giorgi Qaxariyanın rəhbərlik etdiyi nümayəndə heyətinə İvane Maçavariani, İrakli Çikovani və Beka Lilaşvili daxildilər.

Məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayır.