Giorgi Qaxarianın taşırığı ilə, təbii fəlakət zonasına müvafiq idarələrin nümayəndələri getdilər

Gürcüstanın baş naziri Giorgi Qaxarianın tapşırığı ilə, Raçaya, təbii fəlakət zonasına müvafiq idarələrin nümayəndələri getdilər.

Baş nazirin mətbuat xidmətinin məlumatına görə, onlar hadisə yerində təbii fəlakətin verdiyi zərərin nəticələrini öyrənəcəklər ki, yaxın günlərdə əhaliyə yardım edilsin.

“Güclü yağış nəticəsində, Oni munisipalitetinin bir neçə kəndi dünyadan təcrid olunmuş halda qalıb. Daşan Rioni çayı körpüləri və avtomobil yollarını dağıdıb” – deyilir baş nazirin mətbuat xidmətində.