Giorgi Qaxaria Zuqdididə müəllimlərlə görüşdü
Giorgi Qaxaria Zuqdididə müəllimlərlə görüşdü

Dövlət öz sosiyal funksiyasını yerinə yetirmək üçün və gələcək nəsilə və pensionerlərə layiqli şərait yaradmaq üçün, özünü müəllimlər, həkimlər və hüquqmühafizə orqanlarının vicdanlı əməkaşları vasitəsi ilə ifadə edir, – bu bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria Zuqdididə pedaqoqlarla görüş zamanı verdi.

Baş nazirin dediyinə görə, məhz bu prinsipə görə, gələn ildən müəllimlərin maaşları artacaq.

Qaxaria həmçinin, qeyd etdi ki, “bu dənizə bir damladır, ancaq yenə də irəliyə doğru bir addımdır”.

“Təəssüf ki, biz hələ də ciddi iqtisadi çağırışlar qarşısında dururuk və zəngin bir ölkədə yaşamırıq. Varlıqlı bir ölkədə yaşamağımız üçün illər ərzində bərabər çalışmalıyıq.

Ancaq, kimin nazir, kimi müəllim olduğu önəmli deyil, çünki kimin vəzifəsinin daha önəmli olduğu və kimi dövlət üçün daha böyük iş gördüyü bəlli deyil. Bunu zaman göstərəcək” – dedi baş nazir.