Giorgi Qaxaria - Zuqdididə çox ağır bir vəziyyət qurbansız başa çatdı, növbəti addım isə, cinayətkarın həbs edilməsi olacaq

Girovlara zərər verilmədən, onları xilas edə bilmək, nail olduğumuz nəticə ilk məqsdəimiz idi, – bu barədə bəyanatı Gürcüstanın baş naziri Giorgi Qaxaria bugünki iclasda verdi.

“Əlbəttəki bugün əsas məqsədimiz dünən baş verən ağır cinayəti törədən şəxsin tez zamanda həbs edilməsidir və Daxili İşlər Nazirliyinin istintaq-axtarış əməliyyatları davam edir. İnsanlarda elə alqı yaranmasın ki, belə cinayətlər cəzasız qalacaq” – dedi baş nazir.

Zuqdididə, “Gürcüstan Bankının” filialına silahlı şəxs dünən daxil oldu və ordaki insanları girov götürdü.

Günün sonunda, soyuğuncu bütün girovları azad etdi və üç girovla bərabər bank binasını tərk etdi.

Gecə saatlarında isə, qalan üç girovu da azad etdi.

Daxili İşlər Nazirliyi tərəfindən, soyğuncunun axtarış əməliyyatları davam edir.