Giorgi Qaxaria - Zaza Qaxeladzeyə yardım etmək üçün konkret addımlar atacağıq
Gürcüstanın baş naziri Giorgi Qaxaria yenə bir daha qeyd etdi ki, Zaza Qaxeladzenin həbs müddətinin uzadılması işğalçı qüvvələr tərəfindən verilən qeyri-qanuni qərardır.
Onun dediyinə görə, yaxın müddətdə Gürcüstan vətəndaşına yardım üçün konkret addımlar atılacaq.
“Bu məsələ ilə bağlı beynəlxalq partnyorlarımızla şəxsən söhbət etdim. Yaxın günlərdə, vətəndaşımıza yardım etmək üçün konkret addımlar atacağıq”, – dedi Giorgi Qaxaria.
İşğalçı rejimi Zaza Qaxeladzeyi işğal xəttinin yanında iyulun 11-də həbs etmişdi.
Bir neçə gün bundan əvvəl isə, işğal altında olan Sxinvalinin qondarma məhkəməsi Zaza Qaxeladzenin həbs müddətini 12 il etdi.